“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi Qərbi Azərbaycanın maddi-mədəni abidələri ilə bağlı elektron baza yaradır.
Bu elektron baza Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsi çərçivəsində hazırlanır.
İctimai Birliyin sədri və layihənin rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, Qərbi Azərbaycanın irsi mövzusu Qərbi Azərbaycanla bağlı həyata keçirilən fəaliyyətlərdə xüsusi önəm daşıyır. Qərbi Azərbaycanda azərbaycanlılara məxsus maddi-mədəni irs nümunələri ermənilər tərəfindən dağıdılıb və ya saxtalaşdırılıb. Toponimlərin dəyişdirilməsi və azərbaycanlılara məxsus abidələrin erməniləşdirilməsi bu siyasətin tərkib hissəsi olub. Bu baxımdan Qərbi Azərbaycanın tarixi irsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün daha çox resursların yaradılmasına ehtiyac var.