“QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ KONSEPSİYASI: İCTİMAİ DÜŞÜNCƏ VƏ DİASPORUMUZUN İŞTİRAKÇILIĞI” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Türk Ağsaqqalları İctimai Birliyi -TAİB-in təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış konsepsiyası: ictimai düşüncə və diasporumuzun iştirakçılığı” mövzusunda dəyirmi masa keçirilib.

İctimai Birlikdən verilən məlumata görə, tədbirdə əzəli və əbədi yurd yerimiz olan Qərbi Azərbaycana qayıdışımızın qüdrətli Azərbaycan dövlətinin əsas hədəflərindən biri olduğu, Prezident İlham Əliyevin bu məsələyə ayırdığı xüsusi diqqət və qayğı qeyd olunub.

Dəyirmi masada çıxış edənlər bildiriblər ki, Qərbi Azərbaycan İcması yurd yerlərimizə qayıdış üçün soydaşlarımız arasında və beynəlxalq təşkilatlarla əsaslı işlər görür.

Çıxışlarda Azərbaycan diasporunun mütəşəkkilliyinin möhkəmlənməsi, ölkəmizə dost münasibəti bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişlənməsindən də söhbət açılıb.

Eyni zamanda, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında QHT-lərin fəaliyyətindən və keçirdikləri tədbirlərdən bəhs olunub. Vurğulanıb ki, bu tədbirlər beynəlxalq ictimaiyyəti maarifləndirmək baxımından yüksək qiymətləndirilir.