QƏRBİ AZƏRBAYCAN İCMASI: TOMAS DE VAALIN “DAHİYANƏ” FİKİRLƏRİ HEÇ KİMƏ LAZIM DEYİL

Tomas de Vaal adlı “ekspert” son vaxtlar Azərbaycan əleyhinə hədyanlar danışır. Azərbaycanın işğala, separatizmə, “boz zona”ya son qoyması, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi T. de Vaal kimilərini məyus edib. Məlum olub ki, o, səlibçi mentaliteti ilə yaşayırmış və Azərbaycan torpaqlarının işğal altında qalması onun üçün tamamilə məqbul imiş.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bəhs olunub.

Bəyanatda, həmçinin deyilir: “T. de Vaal başa düşməlidir ki, Qarabağ münaqişəsi artıq həll olunub və onun kimi başabəla ekspertlərin bu sahədə məşğul olacağı bir iş yoxdur. Heç kimə T. de Vaalın “dahiyanə” fikirləri, ideyaları lazım deyil. T. de Vaal ATƏT-in Minsk Qrupu kimi artıq keçmişdir”.