
Ermənistanda Azərbaycana qarşı təxribatlar səngimək bilmir. İndi də özünü “parlament” kimi təqdim edən bir ovuc şəxsin xarici ölkələrin birinin parlamentinə anti-Azərbaycan məzmunlu müraciəti, Azərbaycana qarşı iş aparan hansısa “komissiya”nın iclası barədə məlumatlar yayılıb.
Bu barədə məlumat Qərbi Azərbaycan İcmasının bəyanatında öz əksini tapıb.
Bildirilib ki, Ermənistanın, onun suverenliyinə qarşı heç bir addım atmayan, yalnız dinc yolla öz dədə-baba yurdlarına qayıtmaq istəyən Qərbi Azərbaycan İcması ilə dialoqdan imtina edib öz ərazisində Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təhdid edən qrupların fəaliyyətinə şərait yaratması qəbuledilməzdir.
“Bütün bunlar bir daha Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını, əksinə silahlanma siyasətini davam etdirərək regionda gərginlik yaratmağa can atdığını nümayiş etdirir.
Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə maneə törədən belə destruktiv hərəkətlərdən çəkinməyə çağırır”, – bəyanatda qeyd edilib.