
Bir sıra tanınmış dünya xəbər portalları saytları və sosial şəbəkələri Dövlət Tərcümə Mərkəzinin ölkədə elan olunmuş “Şuşa İli”nə töhfə olaraq müxtəlif dillərdə hazırladığı “Qədim Şuşa ibadətgahları” adlı sənədli videoçarxın yayımına başlayıb.
Həmin saytlara Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “mustaqila.com”, “afkarhura.com”, “alnoor.se”, “ashurnews.com”, Gürcüstanın “iverioni.com.ge”, Türkiyənin anahaberyorum.com, detayhaberler.com, guvengazetesi.com.tr, karsmedyasi.com, “igdirim76.com”, Çilinin “infogate.cl”, Salvadorun “reflexionesinternacionalessv.blogspot.com”, “Literatura y poesía”, Kolumbiyanın “La verdad sobre el Liberalismo” və Latviyanın “azeri.lv” saytı daxildir.
