QƏBƏLƏDƏKİ BEYNƏLXALQ BASKETBOL TURNİRİNİN QALİBİ MÜƏYYƏNLƏŞİB

Basketbolun 3×3 növü üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə yekun vurulub.

Finalda “Barselona Panters”i 15:12 hesabı ilə məğlub edən İtaliya seçməsi yarışın qalibi olub.

Qeyd edək ki, Azərbaycan millisi 1/4 finalda, “Baku Fleyms” isə qrupda mübarizəni dayandırıb.