PUTİN TƏHLÜKƏSİZLİK ŞURASININ İCLASINDA ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏKİ VƏZİYYƏTİ MÜZAKİRƏ EDİB

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.

Bu barədə Kreml məlumat yayıb.

Məlumatda bildirilir ki, görüşdə ilk olaraq Rusiyanın sosial-iqtisadi inkişafının aktual məsələləri müzakirə olunub. Bundan əlavə, beynəlxalq gündəmin aktual məsələlərinə toxunulub, o cümlədən Əfqanıstandakı vəziyyət, eləcə də Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə edilib.