
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Proaktiv sosial ödənişlər mexanizmi” layihəsi daha bir beynəlxalq mükafata layiq görülüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, layihəni Böyük Britaniyada keçirilən “Qlobal Biznes Texnologiyaları” müsabiqəsində texnologiya üzrə ekspertlərdən ibarət müstəqil münsiflər heyəti yüksək qiymətləndirib.
Beləliklə, “Proaktiv sosial ödənişlər mexanizmi” layihəsi müsabiqənin “Dövlət sektorunda texnologiyaların ən yaxşı tətbiqi” kateqoriyası üzrə qalibi seçilib və “Qlobal Biznes Texnologiyaları 2024” mükafatına layiq görülüb.
Müsabiqədə Azərbaycanla yanaşı, Böyük Britaniya, İspaniya, Sinqapur, ABŞ, Ukrayna və bir sıra digər ölkələrin İKT sahəsi üzrə fəaliyyət göstərən qurumları iştirak edib.