PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN SİYAHISININ DƏRCİ ÜÇÜN AYRILAN MÜDDƏT BAŞA ÇATIB

Qeydə alınmış Prezidentliyə namizədlərin siyahısının dərc edilməsi üçün ayrılan müddət başa çatıb.

Secki-2024.az-ın məlumatına görə, Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı 20 gün qalanadək qeydə alınmış namizədlərin siyahısının dərcini təmin etməlidir.

Fevralın 7-nə təyin edilmiş Prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 18-dək olan dövrü əhatə edir.