PREZİDENTİN XÜSUSİ NÜMAYƏNDƏSİ: AZAD EDİLƏN ƏRAZİLƏRDƏ YERLİ İDARƏETMƏNİN YENİ MODELİ FORMALAŞDIRILMAQDADIR

Azad edilən ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılmaqdadır.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli” mövzusunda bu gün keçirilən konfransda deyib.

Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 illik həsrətdən sonra tarixi qələbə qazanaraq torpaqlarımızı işğaldan azad edib: “Hazırda tamamilə dağıdılan ərazilərimiz yenidən qurulur”.

Onun sözlərinə görə, Qarabağ Azərbaycanın tarixi və mədəni ərazisidir: “Orada dayanıqlı məskunlaşmanın həyata keçirilməsi qarşımızda duran əsas məqsədlərdən biridir. Azad edilən ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılmaqdadır”, – E.Hüseynov əlavə edib.