PREZİDENTİN PROTOKOL XİDMƏTİNİN RƏİSİ VƏZİFƏSİNDƏN AZAD EDİLİB – SƏRƏNCAM

Prezident İlham Əliyev Elçin Bağırovun Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilsin.

Qeyd edək ki, dövlət başçısının imzaladığı digər sərəncama əsasən, Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib