PREZİDENTİN KÖMƏKÇİSİ: AZƏRBAYCANIN İSRAİLDƏ SƏFİRLİYİNİN AÇILMASI ƏMƏKDAŞLIĞIN MÖHKƏMLƏNMƏSİNƏ TÖHFƏ VERƏCƏK

Azərbaycanın İsraildə səfirliyinin açılması iki ölkə arasında əməkdaşlığı daha da gücləndirəcək.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.

Paylaşımda həmçinin qeyd edilir ki, İsrail Xarici İşlər Nazirliyinin (XİN) siyasi bürosunun rəhbəri Aliza Bin Nun və Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə baş direktorunun müavini Coşua Zarka ilə Azərbaycan və İsrail arasında ikitərəfli tərəfdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər barədə geniş müzakirələr aparılıb.