PREZİDENT VLADİMİR PUTİN: RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA MÜNASİBƏTLƏR UĞURLA, ETİBARLI VƏ ÇOX PRAQMATİK ŞƏKİLDƏ İNKİŞAF EDİR

Rusiya ilə Azərbaycan arasında münasibətlər uğurla, etibarlı və çox praqmatik şəkildə inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bu fikri iyunun 5-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualını cavablandırarkən bildirib.

“Biz Azərbaycan rəhbərliyinin dövlətlərarası əlaqələrimizin məhz qarşılıqlı maraq və mən deyərdim ki, bir-birinə müəyyən səviyyədə rəğbət əsasında qurulmasının tərəfdarı olduğunu hiss edirik”, – deyə Rusiya dövlətinin başçısı qeyd edib.