“PREZİDENT KUBOKU-2024”: AZƏRBAYCAN AVARÇƏKƏNLƏRİ NÖVBƏTİ MEDALI QAZANIBLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Prezident Kuboku-2024” beynəlxalq reqatası davam edir.

Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən turnirin 3-cü günündə İbrahim Məmmədzadə və Sərhad Fərhadlı (2010-2011) ikinəfərlik kayak qayığında 200 metr məsafəyə yarışda bürünc medal qazanıblar.

Bununla da Azərbaycanın qazandığı medalların sayı 5-ə çatıb.

Qeyd edək ki, “Prezident Kuboku-2024” reqatasına mayın 3-də yekun vurulacaq.