PREZİDENT İLHAM ƏLİYEVLƏ PREZİDENT VOLODİMİR ZELENSKİ ARASINDA TELEFON DANIŞIĞI OLUB

Fevralın 26-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Prezident İlham Əliyevin rəsmi “Twitter” səhifəsində paylaşım edilib.

“Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İ.Əliyevə zəng edib. O, atəşkəsin əldə edilməsi, qarşıdurmanın siyasi müstəviyə keçirilməsi üçün göstərdiyi səylərinə, Ukrayna əhalisinə dərman preparatları və tibbi avadanlıqların göndərilməsinə görə Azərbaycan Prezidentinə təşəkkür edib”, – deyə paylaşımda deyilir.