PREZİDENT İLHAM ƏLİYEVİN YERLİ TELEVİZİYA KANALLARINA MÜSAHİBƏSİ GÜRCÜSTAN MƏTBUATINDA İŞIQLANDIRILIB

Gürcüstanın aparıcı informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin televiziya kanallarına verdiyi müsahibəyə geniş yer veriblər.

Aktual.ge və kavkasia.net informasiya portalları Azərbaycan Prezidentinin şəhid ailələrinə dövlət qayğısı, erməni işğalından azad olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfərlərlə bağlı, eləcə də Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı fikirlərindən materiallar yayıblar.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fikirlərindən gətirilən sitatlarda deyilir: “Şəhid ailələrinin sosial təminatı yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Biz daim onları diqqət mərkəzində saxlayacağıq. Bu kateqoriyadan olan insanları, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra işlə təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təlimat verilib. Artıq bu prosesə start verilib”.

Rus dilində yaymlanan digər materialda isə deyilir ki, Azərbaycanın Silahlı Qüvvələri daha da güclənəcək. Həyata keçirilən islahatlar və görülən işlər nəticəsində Azərbaycan İkinci Qarabağ müharibəsində olduğundan daha çox güclü olacaq.