PREZİDENT İLHAM ƏLİYEVİN TÜRKİYƏYƏ RƏSMİ SƏFƏRİ BAŞA ÇATIB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri fevralın 19-da başa çatıb.

Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və digər rəsmi şəxslər yola salıblar.