PREZİDENT İLHAM ƏLİYEVİN TÜRKİYƏDƏKİ YANĞINLARLA BAĞLI TAPŞIRIQLARI TAM İCRA EDİLİB – ETİBAR MİRZƏYEV

Prezident İlham Əliyevin Türkiyədəki yanğınların qarşısının alınması və geniş miqyas almasına imkan verilməməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) qarşısında qoyduğu vəzifələr tam icra edilib.

Bu sözləri fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə müsahibəsində deyib.

Nazir müavini bildirib ki, avqustun 12-də Muğladakı böhran mərkəzində keçirilən toplantıda yanğınların tam söndürülməsi haqqında rəsmi olaraq məlumat verilib: “Bu müddətdə yerli yanğınsöndürənlərlə çiyin-çiyinə yanğınların söndürülməsinə və soyutma işlərinin aparılmasına nail olmuşuq. Əsas məqsəd yanğınların strateji bölgələrə və yaşayış məntəqələrinə yaxınlaşmasının qarşısını almaq olub”.