
Prezident İlham Əliyevin tapşırığı ilə FHN xilasetmə qüvvələri Türkiyə yola salınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) 370 nəfərlik heyəti Heydər Əliyev Hava Limanından Türkiyəyə gedib.
“FHN-in ilkin olaraq 370 nəfər xilas edicisi xüsusi xilasetmə avadanlıqları ilə, xüsusi təmina növləri ilə bütün növ əalhiddə fəaliyyətlər üçün qardaş ölkəyə ezam olunuruq”, – jurnalistlərə açıqlamasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Etibar İsmayılov deyib.
E.İsmayılov bildirib ki, dağıntı baş vermiş ərazilərdə FHN-in Kinoloji Mərkəzinin təlim görmüş 8 itindən də istifadə olunacaq.
Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 284 nəfəri keçib. 2323 nəfər yaralı var.

