PREZİDENT İLHAM ƏLİYEVİN SERBİYA PREZİDENTİ ALEKSANDAR VUÇİÇ İLƏ GÖRÜŞÜ OLUB

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirildi, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyəti qeyd edilərək, Azərbaycanın Avropanın qaz təchizatına verdiyi töhfə xüsusi vurğulanıb.

Dövlətimizin başçısı Serbiya Prezidentini Azərbaycana səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

X X X

Sonra Prezident İlham Əliyevin və Prezident Aleksandar Vuçiçin birgə nahar əsnasında geniş tərkibdə görüşü keçirilib.

Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə görüşü olub (FOTO) (YENİLƏNİB)