PREZİDENT İLHAM ƏLİYEVİN BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNƏ İŞGÜZAR SƏFƏRİ BAŞA ÇATIB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri yanvarın 16-da başa çatıb.

Əbu-Dabi Prezident Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi rəsmi şəxslər yola salıblar.