PREZİDENT İLHAM ƏLİYEVİN AZƏRTAC-A MÜSAHİBƏSİ GÜRCÜSTAN KİV-İN DİQQƏT MƏRKƏZİNDƏ OLUB

Prezident İlham Əliyevin “Qobu” Enerji Qovşağının – yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışında iştirakı və AZƏRTAC-a müsahibəsi Gürcüstan KİV-in diqqət mərkəzində olub.

Bu ölkənin 24news.ge, interpress.ge və aktual.ge informasiya portalları AZƏRTAC-a istinadən Azərbaycan Prezidentinin çıxışından materiallar yayıblar.

Azərbaycan və gürcü dillərində yayımlanan materiallarda dövlətimizin başçısının Zəngəzur dəhlizi, Naxçıvana, Türkiyəyə və İrana yeni elektrik xətlərinin çəkiləcəyi barədə fikirləri xüsusi qeyd edilib.