Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasına dövlət səfəri noyabrın 15-də başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Tirana şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlətimizin başçısını rəsmi şəxslər yola salıblar.




