PREZİDENT İLHAM ƏLİYEVİN ADINDAN QOŞULMAMA HƏRƏKATININ BAKIDA KEÇİRİLƏN ZİRVƏ GÖRÜŞÜNÜN İŞTİRAKÇILARININ ŞƏRƏFİNƏ ZİYAFƏT VERİLİB

Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin şərəfinə ziyafət verilib.