PREZİDENT İLHAM ƏLİYEV ZƏNGİLAN ŞƏHƏRİNDƏ ALTINCI YAŞAYIŞ KOMPLEKSİNİN TƏMƏLQOYMA MƏRASİMİNDƏ İŞTİRAK EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısına yaşayış kompleksi barədə məlumat verilib.

Bildirilib ki, yaşayış kompleksi orta sıxlıqlı ərazidə, məktəb, uşaq bağçası, inzibati və ticarət zonalarnın yaxınlığında yerləşəcək. Kompleks 3 hektar ərazidə yaradılacaq.

Baş plana uyğun olaraq, kompleksdə 3, 4, 5 və 6 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Burada tikiləcək yaşayış binalarında 177 mənzilin olması planlaşdırılıb.

Prezident İlham Əliyev altıncı yaşayış məhəlləsinin təməlini qoyub.