Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.
Yunanıstanın Baş naziri COP29-un qısa müddət ərzində yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına təbriklərini çatdırıb.
Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıldı. Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələr, mədəniyyət və turizm sahələrində əməkdaşlıq, Bakı ilə Afina arasında birbaşa uçuşların təşkili məsələləri qeyd edilib.