PREZİDENT İLHAM ƏLİYEV XORVATİYANIN SABİQ PREZİDENTİNİ QƏBUL EDİB

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.

Görüşdə Qlobal Bakı Forumunun önəminə toxunulub, burada iştirak edənlərin sayının hər il daha da artdığı vurğulanıb. Tədbirin gündəliyinin çox geniş olduğu bildirilib. Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsi, geosiyasi vəziyyət, enerji, səhiyyə, iqlim məsələləri, mədəniyyətlərin dialoqu kimi sahələrlə bağlı müzakirələrin aparılması və yeni ideyaların yaranması üçün yaxşı platforma olduğu qeyd edilib.