PREZİDENT İLHAM ƏLİYEV VO VAN TXIONQU VYETNAM PREZİDENTİ SEÇİLMƏSİ MÜNASİBƏTİLƏ TƏBRİK EDİB

Azərbaycan Prezidenti İlham Əliyev Vo Van Txıonqu Vyetnam Prezidenti vəzifəsinə seçilməyi münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Biz Azərbaycan ilə Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Vyetnam xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm”.