PREZİDENT İLHAM ƏLİYEV VLADİMİR PUTİNƏ BAŞSAĞLIĞI VERİB

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinə Amur vilayətində baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib.

Məktubda deyilir:

“Hörmətli Vladimir Vladimiroviç.

Amur vilayətində “An-24” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Bu faciə ilə əlaqədar olaraq, şəxsən öz adımdan və Azərbaycan xalqı adından Sizə, həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.