PREZİDENT İLHAM ƏLİYEV VLADİMİR PUTİNƏ BAŞSAĞLIĞI VERİB

Noyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Kemerevo vilayətinin Belovo şəhərindəki şaxtada yanğın nəticəsində ölənlərlə bağlı Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.

Başsağlığında deyilir:

“Hörmətli Vladimir Vladimiroviç.

Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında fövqəladə hadisə nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm, zərərçəkənlərin hamısının tezliklə sağalmalarını arzu edirəm”.