PREZİDENT İLHAM ƏLİYEV VERGİ SAZİŞİ ÜZRƏ TƏDBİRLƏRİN HƏYATA KEÇİRİLMƏSİNƏ DAİR ÇOXTƏRƏFLİ KONVENSİYA TƏSDİQ EDİLİB

Prezident İlham Əliyev “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nın təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Sənədə əsasən, 2016-cı il noyabrın 24-də Paris şəhərində imzalanmış “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya” Azərbaycan Respublikasının ona dair qeyd-şərtləri və bildirişləri ilə təsdiq edilib.