PREZİDENT İLHAM ƏLİYEV VƏ BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVA XOCAVƏND VƏ XOCALI RAYONLARINA SƏFƏR EDİBLƏR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd və Xocalı rayonlarına səfər ediblər.

Dövlətimizin başçısı və Birinci xanım Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, Şıx Dursun kəndində “Çinar müqəddəs yer” abidə kompleksində və Xocalı rayonunun Şuşakənd kəndində olublar.