PREZİDENT İLHAM ƏLİYEV VƏ BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVA PEKİNDƏ KEÇİRİLƏN PARADDA İŞTİRAK EDƏN NÜMAYƏNDƏ HEYƏTLƏRİNİN BAŞÇILARININ VƏ XANIMLARININ ŞƏRƏFİNƏ ZİYAFƏTDƏ İŞTİRAK EDİBLƏR

Sentyabrın 3-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və Birinci xanım Pen Liyuanın adından yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda iştirak edən nümayəndə heyətlərinin başçılarının və xanımlarının şərəfinə ziyafət verilib və konsert proqramı təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.