
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Litvanın keçmiş Prezidenti Valdas Adamkusa başsağlığı veriblər.
Başsağlığı məktubunda deyilir:
“Həyat yoldaşınız, ömür-gün dostunuz Alma Adamkiyenenin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik”.