PREZİDENT İLHAM ƏLİYEV VƏ BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVA KƏLBƏCƏR ŞƏHƏRİNİN SAKİNLƏRİ İLƏ GÖRÜŞÜBLƏR

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

Sonra dövlətimizin başçısı sakinlərə mənzillərin açarlarını təqdim edib.