PREZİDENT İLHAM ƏLİYEV VƏ BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVA HƏRBİ HELİKOPTERİN QƏZAYA UĞRAMASI NƏTİCƏSİNDƏ HƏLAK OLANLARIN AİLƏLƏRİNƏ BAŞSAĞLIĞI VERİB

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Başsağlığı mətnində deyilir:

“2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi.

Bu ağır itkinin acısını Sizinlə yaşayır, dərdinizi bölüşür, Sizə və doğmalarınıza Mehriban xanım ilə birlikdə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!”.