PREZİDENT İLHAM ƏLİYEV VƏ BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVA FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ UĞRUNDA MÜBARİZƏDƏ HƏLAK OLAN AZƏRBAYCAN ÖVLADLARININ XATİRƏSİNİ EHTİRAMLA ANIBLAR

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 81 il ötür.

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Həzi Aslanovun abidəsinin önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.