PREZİDENT İLHAM ƏLİYEV VƏ BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVA BMT-NİN MƏNZİL-QƏRARGAHINA GEDİBLƏR

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak etmək üçün BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahına gediblər.

BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısı İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı salamlayıb.