Prezident İlham Əliyev Uruqvay Şərq Respublikasının Prezidenti Luis Lakalle Pouya təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Uruqvay Şərq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Uruqvay arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınıza
əmin-amanlıq və rifah arzulayıram”.