PREZİDENT İLHAM ƏLİYEV ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ İLƏ BAĞLI PAYLAŞIM EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı rəsmi “Twitter” səhifəsində paylaşım edib.

Paylaşımda Ulu Öndərin aşağıdakı sözləri yer alıb: “Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir”.