PREZİDENT İLHAM ƏLİYEV TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏR EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edib.

Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.