
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
Paylaşımda deyilir:
“Əziz Qardaşım,
Qardaş Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram”.
