PREZİDENT İLHAM ƏLİYEV: TÜRKİYƏ MİLLİSİNƏ HOLLANDİYA İLƏ OYUNDA QƏLƏBƏ ARZU EDİRƏM

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm.

Bu barədə Prezident İlham Əliyev rəsmi “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm!
Yaşasın Türk dünyası!”