PREZİDENT İLHAM ƏLİYEV TURAL PİRİYEVİ YENİDƏN İCRAÇI DİREKTOR TƏYİN EDİB

Tural Qüdrət oğlu Piriyev yenidən Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, o, bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 may 2020-ci il tarixli sərəncamı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsinə təyin olunmuşdu.