PREZİDENT İLHAM ƏLİYEV TDT MÜLKİ MÜDAFİƏ MEXANİZMİNİN TƏSİS EDİLMƏSİ HAQQINDA SAZİŞİ TƏSDİQ EDİB

“Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş” təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq Qanunu imzalayıb.

Qanuna əsasən, 2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanmış “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş” təsdiq edilib.