PREZİDENT İLHAM ƏLİYEV SUMQAYIT ŞƏHƏRİ ƏRAZİSİNDƏ AVTOMOBİL YOLLARININ ƏSASLI TƏMİRİNƏ 8,1 MİLYON MANAT AYIRIB

Prezident İlham Əliyev “Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,1 milyon manat ayrılıb.