PREZİDENT İLHAM ƏLİYEV SERBİYA PREZİDENTİ İLƏ GÖRÜŞÜB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərdən məmnunluq ifadə olunub, yüksəksəviyyəli qarşılıqlı səfərlərdə intensivlik qeyd edilib. Beynəlxalq təşkilatlarda əməkdaşlıq, həmçinin sənaye, infrastruktur, sərmayələr, bərpaolunan enerji sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Azərbaycana qarşı koordinasiya olunmuş media hücumlarının təşkil edildiyini vurğulayıb.

Dövlətimizin başçısı Serbiyada dəmiryol vağzalında stansiya binasında baş vermiş qəzada insanların həlak olması ilə bağlı başsağlığını çatdırıb.

Serbiya Prezidenti başsağlığına görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb (FOTO)

Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb (FOTO)

Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb (FOTO)