PREZİDENT İLHAM ƏLİYEV: SABAH XARİCİ İNVESTORLARIN HESABINA AZƏRBAYCANDA BÖYÜK KÜLƏK ELEKTRİK STANSİYASININ TƏMƏLİ QOYULACAQ

Sabah ölkəmizin həyatında çox önəmli hadisə baş verəcək. Xarici investorların hesabına Azərbaycanda böyük külək elektrik stansiyasının təməli qoyulacaq.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı bildirib: “Vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər. Yəni, bu, ölkəmizin inkişafına, gələcəyinə inamın təzahürüdür. Ona görə bütün bu iqtisadi rəqəmlər, sadəcə olaraq, statistik rəqəmlər deyil. Adi vətəndaş üçün bəlkə də bu rəqəmlər o qədər böyük əhəmiyyət kəsb etmir. Ancaq hər bir vətəndaş öz həyatında bu rəqəmlərin və bu nailiyyətlərin nəticələrini təbii olaraq hiss edir”.