PREZİDENT İLHAM ƏLİYEV “QOÇ ƏT” KƏNDLİ FERMER TƏSƏRRÜFATI MMC-NİN XOCALININ XANABAD KƏNDİNDƏKİ HEYVANDARLIQ KOMPLEKSİNİN AÇILIŞINDA İŞTİRAK EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılışında iştirak edib.