PREZİDENT İLHAM ƏLİYEV QIZIL MEDAL QAZANAN MİLLİ PARALİMPİYA KOMANDAMIZIN ÜZVLƏRİNİ TƏBRİK EDİB

Prezident İlham Əliyev qızıl medal qazanan Milli Paralimpiya komandamızın üzvlərini təbrik edib.

Prezident İlham Əliyevin rəsmi “twitter” hesabında edilən paylaşımda deyilir:

“Milli Paralimpiya komandamızın üzvləri – Şəhanə Hacıyeva, Vüqar Şirinli və Raman Salehi “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qələbə sevincini yaşatdıqlarına görə ürəkdən təbrik edir, onlara və komandamızın digər üzvlərinə bundan sonra da yalnız uğurlar arzulayıram!”